3 İyun 2022 20:25
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan başçısı Ramzan Kadırov Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kadırovun özü məlumat verib.

Onun sözlərinə görə, Şoyqu Ukraynada taktikanın təkmilləşdirilməsi və hərbi əməliyyatların sürətləndirilmiş templə aparılmasını nəzərdə tutan "xüsusi əməliyyat" üçün yeni vəzifələr qoyub.

Kadırov Şoyqu ilə görüşün səmərəli keçdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu