29 Noyabr 2014 02:13
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, müxtəlif əyalətlərdə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş küçə toqquşmaları nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, tirazlar Misirin sələfi qruplarından biri olan “Sələfilər cəbhəsi” hərəkatı tərəfindən təşkil olunub. Həmin gün Misirin bütün təhlükəsizlik qüvvələri, o cümlədən əsgərlər etiraz tədbirləri zamanı təhlükəsizliyi təmin etmək üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Noyabrın 28-də təhlükəsizlik qüvvələri “Müsəlman qardaşlar”ın 145 tərəfdarını həbs ediblər.

http://azertag.az/xeber/814237


Müəllif:

Oxşar xəbərlər