Yəhudi milli dövləti qanun layihəsinə ilk reaksiya İsrailin eks-prezidenti Şimon Peresdən gəlib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Peresin fikrincə bu qanun İsrailin siyasi maraqlarının baltalanması deməkdir: “Bu qanun ölkəmizə həm içəridən, həm də xaricdən zərər verəcək. İsrailin demokratik prinsiplərini sarsıdacaq”.
Qeyd edək ki, bəzi maddələri şəxsən Baş Nazir Benyamin Netanyahu tərəfindən qələmə alınan layihə hökumət daxilində də parçalanma yaradıb. Məsələ bəzi nazirlər tərəfindən böyük narazılıqla qarşılanıb.
Samir