29 Noyabr 2014 13:45
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Əskişəhər şəhərində təmizlik işçisi Şükrü Dəniz 7-ci mərtəbədən düşən 4 yaşlı Ecrin Əsanı tutaraq həyatını xilas edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Odunpazarı bələdiyyəsində təmizlik işçisi kimi çalışan Dəniz, dünən axşam saatlarında təmizlik işləri görərkən binadan uşaq ayaqqabılarının düşdüyünü gördüyünü söyləyib: “Yuxarıya baxdığımda kiçik qızın ayaqlarını aşağıya sallayaraq, oynadığnı gördüm. Uşağın yıxıla biləcəyini başa düşdüm və əlimdəki süpürgəni kənara qoydum. Qız qəfildən aşağı gəlməyə başladı, əllərimi açdım və onu tutdum. Sonra ətrafdakılar təcili yardım çağırdı. Uşaq xəsarət almamışdı, vəziyyətti yaxşı idi. Mənim də sağlıq durumum yaxşıdı”.

Polis apardığı araşdırmalar zamanı məlum olub ki, anası işdə olduğu üçün 4 yaşlı Əsaya xalası baxıb. Xəstəxanadan Əsanın vəziyyətinin yaxşı olduğu bildirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər