Çilidə yaşlı insanı qarət etməyə çalışan oğru xalq tərəfindən tutulub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarətçini tutulan xalq özü onu cəzalandırıb. 32 yaşlı Valentino Abeyta Barreranın cəzanısını xalq özü verməyə qərar verib. Onlar Barreranı lüt soyundurub paytaxt Santiaqonun ortasında dirəyə bağlayıblar.
Hadisədən sonra insanların münasibəti ikiyə bölünüb. Bəziləri qarətçini tutan vətəndaşların etdikləri hərəkətlə ondan fərqlənmədiklərini söyləyiblər. Digərləri isə polis və ədalət sisteminə inamsızlığın buna səbəb olduğunu bildirib.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm