Moldovanın sabiq baş naziri Vladimir Filat qəzaya uğrayıb. Teleqraf.com-un məlumatına görə, “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Moldova Liberal-Demokratik Partiyasının (MLDP) mətbuat katibi Larisa Manole bildirib.
“Salonunda MLDP sədri Vladimir Filatın olduğu avtomobil və onu müşayiət edən avtomobil yol-nəqliyyat hadisəsinin iştirakçısı olublar. Qəza Kişinyov-Leuşenı magistral yolda baş verib. Avtomobillər qarşı gələn nəqliyyat vasitəsi ilə toqquşub”, deyə Manole bildirib.
O qeyd edib ki, V.Filatın iki mühafizəçisi və onu müşayiət edən avtomobilin sürücüsü xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, bu gün Moldovada parlament seçkilərindən əvvəl sükut günüdür.