12 İyun 2022 18:12
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO tərəfindən İsveçin Qotland adasında həyata keçirilən və “Baltik dənizində ən böyük təlim” hesab edilən “Baltops 22” başa çatıb.

Teleqraf.com-un məlumatına görə, təlimdə 45 gəmi və 7800 hərbçi iştirak edib.

İsveç müdafiə naziri Peter Hultqvist verdiyi açıqlamada, təlim zamanı Rusiya döyüş təyyarələrinin adaya yaxın uçuşlar edərək təlim elementlərini sıxışdırmağa çalışdığını və bunun qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, strateji baxımdan Baltik dənizinin cənub hissəsinin ortasında yerləşən Qotland adası tarixi boyu dəfələrlə işğala məruz qalıb. Qotland adası indiki statusunu 1808-ci ildə rus qoşunlarının sonuncu qısamüddətli işğalından sonra qazanıb.


Müəllif: Teleqraf.com