13 İyun 2022 09:52
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyaya səfər edən NATO baş katibi Yens Stoltenberq bu ölkənin prezidenti Sauli Ninistö ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdən sonra Ninistö Türkiyə ilə danışıqlarda irəliləyişin olub-olmaması ilə bağlı suallara cavab verib.

Onun sözlərinə görə, irəliləyiş dialoq kanallarını açıq saxlamaq və danışıqları davam etdirmək kimi qəbul edilə bilər.

Finlandiya prezidenti qeyd edib ki, ölkəsinin Türkiyənin narahatlığına digər NATO ölkələrindən fərqli münasibəti yoxdur və onların bu baxımdan niyə hədəfə alındığını anlamaq çətindir.

Stoltenberq isə bildirib ki, Türkiyənin PKK terror təşkilatı ilə bağlı narahatlıqları da daxil olmaqla, bütün müttəfiqlərin təhlükəsizlik problemləri həll edilməlidir. Onun sözlərinə görə, İsveç, Finlandiya və Türkiyə rəsmiləri ilə daimi təmasdadır.

“Bunlar legitim narahatlıqlardır. Bunlar terrorizm və silah ixracı ilə bağlı qayğılardır. Anlamalı və yadda saxlamalıyıq ki, heç bir NATO müttəfiqi terror hücumlarından Türkiyədən daha çox zərər görməyib”, - Stoltenberq vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu