16 İyun 2022 21:08
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu fevralın 24-də işğala başlayandan sonra 12 saat ərzində Kiyevi ələ keçirəcəyini gözləyirdi.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, Rusiya hərbi təcavüzünün qurbanı olmuş hərbçilərin üzərində Moskvanın hərbi hədəflərini göstərən sənədlər tapılıb.

“Onlar 12 saatdan sonra Kiyevin mərkəzində olacaqlarını düşünürdülər”, - Reznikov bildirib.

Müdafiə naziri əlavə edib ki, ruslar sadəlövhlüklə Ukrayna hökumətinin işğaldan sonra 72 saat ərzində paytaxtdan qaçacağını gözləyiblər:

“Düzünü desəm, dünyanın müxtəlif paytaxtlarında olan tərəfdaşlarımız da sadəlövh idilər. Onlar bizə dedilər ki, işğal qaçılmazdır və siz süqut edəcəksiniz, cəmi 72 saatınız var. Ona görə də bizə ağır silahlar verilmədi”.

Nazir qeyd edib ki, yalnız martın sonunda Ukrayna Kiyev vilayətini azad etdikdən sonra Qərb ölkələri Ukraynanı daha ağır silahlarla təmin etməyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu