17 İyun 2022 10:25
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya gəlməyə və bu ölkədən olan həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, belə bir səfərin yalnız müəyyən ilkin şərtlər daxilində baş tuta biləcəyini deyib.

Makron qeyd edib ki, indiyədək Moskvadan bununla bağlı heç bir siqnal gəlməyib.

“Bunun üçün ilkin şərtlər və Putindən jest tələb edir. Ukrayna prezidentinin məlumatı daxilində və faydalı olacağı təqdirdə onunla danışmağa davam edəcəyəm”, - Fransa prezidenti bildirib.

Makron bəhs etdiyi ilkin şərtlərin hələ də yerinə yetirilmədiyini söyləyib: “Amma onunla ünsiyyətimi davam etdirirəm, heç nəyi kənarda saxlamıram”.

Fransa prezidenti deyib ki, Ukrayna lideri ilə tez-tez əlaqə saxlayır, indiyədək əlliyə yaxın telefon zəngi edib. O, hətta Ukraynanın istəyi ilə belə Putinlə danışmağa davam edə biləcəyini vurğulayıb.

Makron həmçinin bildirib ki, Vladimir Zelenski ilə münasibətləri Rusiya tərəfi ilə təmaslara görə pisləşməyib.

“2019-cu il seçkilərində iki tur arasında onu (Zelenskini) qəbul edən ilk lider olmuşam”, - Fransa prezidenti əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu