Krım və Sevastopolda azad iqtisadi zona yaradılması barədə qanun imzalandı
Rusiya prezidenti Vladimir Putin Krım və Sevastopolda azad iqtisadi zona yaradılması barədə qanun imzalayıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə prezidentin rəsmi internet saytında məlumat yerləşdirilib. Qanuna əsasən, belə zonalar yaxın 25 il müddətində yaradılacaq. Yeni qanunda investorlar üçün viza rejiminin sadələşdirilməsi, eləcə də bir sıra gömrük rüsumları nəzərdə tutulub.
Qanun kənd təsərrüfatı, turizm, emal sənayesi, loqistika və gəmiqayırma sahəsində fəaliyyət göstərən sahibkarlara aid edilib.
Samir