30 Noyabr 2014 23:26
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreynin baş naziri şeyx Xəlifə bin Salman Əl-Xəlifə krallıq hökumətinin buraxıldığını elan edib. Bu qərarı hökumət rəhbəri deputatlar Palatasına keçirilmiş seçkilərlə əlaqədar qəbul edib. Teleqraf.com Lenta.ru saytına istinadən məlumat verir.

"Konstitusiyanın 33-cü maddəsinə əsasən, yeni parlamentin işə başlaması ilə əlaqədar hökumət istefaya getməlidir, bununla bağlı kabinetin istefası barədə, Əlahəzrət kral Həmədə ərizə verəcəyəm", - baş nazirin bəyanatında deyilir.

Şənbə günü, noyabrın 29-da krallıqda ümumi parlament seçkilərin ikinci turu keçirilib. Səsvermənin nəticələrinə görə, parlamentdə 27 yeri sünnü deputatlar, 14 yeri isə şiələr deputatlar tutublar.


Müəllif: