30 Noyabr 2014 23:09
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moldovada parlament seçkiləri başa çatıb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Yuri Çokan bildirib ki, yerli vaxtla 21.00-da (Bakı vaxtı ilə 22:00) xarici ölkələrdəki seçki məntəqələri istisna olmaqla bütün seçki məntəqələri bağlanıb.

İlkin məlumatlara görə, səsvermənin başa çatmasına 2,5 saat qalmış seçici fəallığı 51,2 % təşkil edib. 2010-cu il parlamenti seçkiləri zamanı isə müvafiq göstərici 4 % artıq olub.

Qeyd edək ki, Moldovanın 2 803 120 nəfər seçicisı var.

Nihad


Müəllif:

Oxşar xəbərlər