Davudoğlu "Yeni Türkiye Yolunda" adlı televiziya verilişində xalq qarşısında çıxış edərək son ay ərzində gördüyü işlər barədə məlumat verib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbərinə görə, o vətəndaş təhlükəsizliyinin təmin edilməsinin hazırda hökumət qarşısında duran başlıca vəzifə olduğunu bildirib.
"Kim nə desə də, bizim üçün prioritet olan vətəndaşlarımızın həyat və əmlak təhlükəsizliyidir. Həmçinin azadlıqlarımızı genişləndirərək istifadə edilməsi bu təhlükəsizlikdə bir bütövlük təşkil edir.
Azadlıq və təhlükəsizlik bir-birini təhdid edən, bir-birindən ayrı düşünülə bilən şeylər deyil", - baş nazir Əhməd Davudoğlu daxili təhlükəsizlik islahatları paketinə dair deyib.