22 İyun 2022 16:31
10 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan S-300 raket sistemlərinin yeni partiyası Belarusa gətirilib. Yeni partiyada ən azı 16 raket var.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Yeni partiyanın iki İL-76 yük təyyarəsi ilə Pskovadan Qomel hava limanına gətirildiyi bildirilib.

Təyyarələr Belarusa S-300 sistemləri üçün ən azı biri "Armor" olmaqla 16 raket gətirib.

Təyyarələr yükü boşaltdıqdan sonra Pskova uçub.


Müəllif: Mənsur Rəğbətoğlu