22 İyun 2022 18:00
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın An-30 təyyarəsi Olenek hava limanına (Yakutiya) enmək istəyərkən radarlardan itib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Təyyarənin hava limanı yaxınlığında yoxa çıxdığı bildirilib. Təyyarədə beş nəfər olub. Axtarış sistemləri çağırışa dərhal cavab versələr də sonradan əlaqə saxlamaq mümkün olmayıb.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi də təsdiqləyib. Açıqlamada bildirilib ki, təyyarə ilə sonuncu dəfə Olenek hava limanından 30 km aralıda əlaqə saxlanılsa da qəza siqnalı işləməyib.

An-30-un eniş zamanı yoxa çıxdığı, onunla radio rabitəsinin kəsildiyi deyilib.

Qeyd edək ki, bu, Rusiyada bir həftə ərzində üçüncü təyyarə qəzasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu