22 İyun 2022 17:37
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Vladimir vilayətində sursat anbarının partlaması nəticəsində 4 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Barsovodakı hərbi hissədə baş verən partlayışda 4 nəfər həlak olub, 1 nəfər yaralanıb. Ölənlərin 3-ü hərbçi, biri isə anbarın işçisi olan mülki şəxsdir.

Anbar yaxınlığındakı yaşayış məntəqələrinin təhlükə altında olmadığı deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu