22 İyun 22:07
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Müdafiə naziri Ben Uolles Türkiyəyə rəsmi səfərə gələcək.

Teleqraf.com xəbər verir ki, Uollesin səfərinin Türkiyə müdafiə naziri Hulusi Akarın dəvəti ilə sabah baş tutacağı bildirilib.

Türkiyə Müdafiə Nazirliyində rəsmi mərasimlə qarşılanacaq Uolles və Akar təkbətək görüşəcək və heyətlərarası görüşlərə rəhbərlik edəcəklər.

Ankarada keçiriləcək görüşlərdə ikitərəfli və regional təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq, xüsusilə Ukraynadakı hadisələrin müzakirə ediləcəyi gözlənilir.

Akar və Uolles iyunun 15-də NATO sammiti çərçivəsində getdikləri alyansın qərargahında görüşüb. Eyni zamanda, Ukrayna müdafiə naziri Aleksey Reznikovun iştirakı ilə üçtərəfli görüş keçiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu