22 İyun 2022 19:16
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Finlandiya onilliklər ərzində Rusiya ilə mümkün müharibəyə hazırlaşır və hücumu dəf edə bilər".

Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Müdafiə Qüvvələrinin komandanı Timo Kivinen deyib.

Kivinen vurğulayıb ki, finlər ruslara qarşı döyüşmək üçün motivasiya olacaq və şiddətli müqavimət göstərəcəklər:

“Biz sistematik olaraq Ukraynada gedən döyüş növləri üçün hərbi müdafiəmizi inkişaf etdiririk"

Kivinen Finlandiyanın NATO-ya üzvlük perspektivini də şərh edib. Onun sözlərinə görə, bu, ölkənin müdafiə qabiliyyətini artıracaq, lakin Finlandiyanın müdafiəsi üçün əsas məsuliyyət yenə də yalnız bizim üzərimizə düşəcək.

Qeyd edək ki, Finlandiya 1940-cı illərdə Rusiyaya qarşı iki müharibə aparıb. Bu müharibələrdə 100 min fin öldürülüb və Finlandiya ərazisinin onda birini itirib.


Müəllif: Nemət