22 İyun 2022 23:51
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xüsusi xidmət orqanlarının İraqın şimalında həyata keçirdiyi növbəti uğurlu əməliyyatı ilə 5 PKK terrorçusu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları yaraqlıları İraqın Türkiyə ilə həmsərhəd Qara bölgəsində məhv edib.

Əməliyyatlar iyunun 17 və 21-də həyata keçirilib.


Müəllif: Teleqraf.com