23 İyun 2022 09:32
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri Lisiçansk və Severodonetsk yaxınlığında yerləşən Loskutivka və Ray-Oleksandrivka yaşayış məntəqələrini ələ keçirblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Rusların hazırda Sirotinya qəsəbəsinə nəzarəti ələ keçirmək üçün hücum əməliyyatı keçirdiyi bildirilib.

Ruslar Donetsk istiqamətində bütün səylərini Severodonetsk üzərində tam nəzarətin təmin olunmasına yönəldib. Bundan əlavə, Lisiçansk vilayətində Ukrayna qüvvələrini mühasirəyə almaq üçün hücum əməliyyatlarını davam etdirir.


Müəllif: Mənsur Rəğbətoğlu