23 İyun 2022 09:48
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Gümüşhane şəhərinin Kürtün qəsəbəsində göbələk toplayan şəxslər ərazidən bir pilotsuz uçan aparat (PUA) tapıblar.

Teleqraf.com xəbər verir ki, PUA-nın zədəli olduğu bildirilib.

Xəbərdarlıqdan sonra əraziyə gələn təhlükəsizlik qüvvələri qanadları təxminən 3 metr olan PUA-nın Rusiya istehsalı kəşfiyyat dronu “Orlan-10” olduğunu müəyyən ediblər.

1400 km mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal kəsildikdən sonra Türkiyəyə uçduğu güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA araşdırılması üçün Ankaraya göndərilib.


Müəllif: Mənsur Rəğbətoğlu