23 İyun 2022 12:23
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada yeni əməliyyatın qarşısını almaq üçün Türkiyəyə təzyiq göstərir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə dövlət katibinin köməkçisi Barbara Lif Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışında deyib.

Diplomat qeyd edib ki, Türkiyə hökumətindən ən yüksək səviyyədə 2019-cu ilin oktyabrında imzalanan və Suriyanın şimalına qarşı hərbi əməliyyatların aparılmayacağına dair razılaşmaya hörmətlə yanaşmasını gözləyirlər: “Biz bu mövzuda onlara təzyiq edirik”.

“Mümkün hərbi əməliyyat regionda yaşayanlar üçün fəlakət olacaq və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD-ə qarşı apardığı mübarizəyə də zərər verəcək”, - ABŞ rəsmisi bildirib.


Müəllif: Nemət