İndoneziyada Fələstinə yardım konserti keçirilib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, paytaxt Cakartada Fələstin Dostluq qrupunun təşəbbüsü ilə keçirilən konserti minlərlə tamaşaçı izləyib.
Konsertin açılışında çıxış edən Dostluq qrupunun rəhbəri Din Şəmsəddin təşkilatçılara təşəkkür edib: “İndoneziya dünyanın ən böyük müsəlman cəmiyyətinə malik ölkələrdən biridir. Belə addımları hər zaman dəstəkləyəcəyik”.
Konsertdə satılan 15 min biletin satılmasından 75 min dollar maliyyə əldə olunub.
Samir