23 İyun 22:18
4 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi sosial şəbəkə hesabında başıörtülü fotosunu paylaşıb.

Zaxarova İrana səfər edən xarici işlər naziri Sergey Lavrovun nümayəndə heyətində yer alıb. Başını da islam respublikasına səfəri səbəbindən örtüb.

Rusiya XİN-in rəsmi nümayəndəsinin fotosu sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu