1 Dekabr 2014 12:48
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 30-da Moldovada keçirilən parlament seçkiləri başa çatıb.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə mərkəzi seçki komissiyasının sədri Yuri Şokan açıqlama verib. Onun sözlərinə görə, bazar günü saat 21:00-dan etibarən bütün seçki dairələrində səsvermə dayandırılıb: “Ümumilikdə seçki prosesində yüksək fəallıq nümayiş olundu. Məlumata görə, hüquq-mühafizə orqanları ciddi qanun pozuntuları qeydə alınmayıb”.

Müxalifət partiyalarının liderləri artıq narahatlıqlarını ifadə edirlər. Onlar seçki prosesində səslərin sayılmasında saxtalıqların olacağını qeyd edirlər. Sosialistlər partiyasının lideri İqor Dodon bildirib ki, səslərin əl ilə hesablanması ciddi qayda pozuntularına gətirib çıxaracaq.

Samir


Müəllif:

Oxşar xəbərlər