23 İyun 2022 23:17
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müdafiə naziri Sergey Şoyqu vahid regional hava hücumundan müdafiə sistemi də daxil olmaqla, Rusiya və Belarus İttifaq Dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Sergey Şoyqu Belarusun müdafiə naziri Viktor Xrenin ilə Moskvada görüşü zamanı bu barədə danışıb.

O deyib: “Şərait ittifaq dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsi, regional qoşunlar qrupunun və vahid regional hava hücumundan müdafiə sisteminin döyüş hazırlığının artırılması üçün ümumi operativ tədbirlərin görülməsi zərurətini diktə edir”.

Şoyqu həmçinin əlavə edib ki, hazırda bu, getdikcə aktuallaşır və Rusiya Federasiyası bu işdə belarus dostlarına hər cür dəstəyi göstərməyə hazırdır.

Bundan əvvəl Şoyqu bildirib ki, Rusiya Ukraynada əhalinin təxliyəsi naminə xüsusi əməliyyatın sürətini ləngidir.

Nazirin fikrincə, humanitar dəhlizlər yaratmaqdan ötrü sükut rejimləri elan etmək lazımdır.


Müəllif: Teleqraf.com