24 İyun 2022 09:36
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Rusiya-Ukrayna müharibəsi, G7 və NATO sammitləri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbiylə yaranan qlobal taxıl böhranının G7 sammitinin gündəm maddələrindən biri olacağını deyən Kirbi Bayden administrasiyasının bu problemin həlli üçün səy göstərdiyini bildirib.

“Türklər də bu mövzuda ruslarla danışıqlar aparırlar. Türkiyənin bu məsələdəki rolunu alqışlayırıq. Türkiyə kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə daşınması üçün müəyyən səylər göstərir”, - Ağ Ev rəsmisi qeyd edib.

Kirbi NATO zirvəsinin əsas gündəmlərindən birinin Finlandiya və İsveçin üzvlük müraciəti olacağını vurğulayıb:

“Türkiyə, İsveç və Finlandiyanın aralarındakı problemləri həll edəcəyinə, bu iki ölkənin NATO-ya üzv olacağına əminik. Ancaq bunun nə vaxt baş verəcəyini deyə bilmərəm”.


Müəllif: Mənsur Rəğbətoğlu