24 İyun 2022 11:13
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi qüvvələri Severdonetskdən çıxmalı olacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Luqansk regional administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, dağıdılmış mövqelərdə dayanmağın mənası yoxdur: “Çünki işğal olunmuş ərazilərdə ölənlərin sayı hər gün arta bilər”.

Qayday Ukrayna qoşunların çıxarılması barədə qərarın artıq qəbul olunduğunu deyib.

Hazırda Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın döyüşçüləri Severodonetskdə - cəbhə xəttindədir.

“Onlara artıq yeni mövqelərə, yeni möhkəmləndirilmiş ərazilərə geri çəkilmək əmri verilib. Oradan normal və tam döyüşəcəklər”, - Qayday əlavə edib.

Şəhərin infrastrukturu tamamilə məhv edilib, evlərin 90%-i zədələnib və ya dağıdılıb.


Müəllif: Mənsur Rəğbətoğlu