24 İyun 2022 12:40
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri son bir sutkada daha yüz rus hərbçisini öldürüblər. Ümumilikdə, təcavüz dövründə Rusiyanın Ukraynadakı itkiləri təxminən 34 530 nəfər təşkil edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Fevralın 24-dən iyunun 24-dək Rusiya ordusunun döyüş itkiləri təxminən aşağıdakı kimidir:

Canlı qüvvə - 34 530 nəfər

Tank - 1507 ədəd

Zirehli döyüş texnikası - 3637 ədəd

Artilleriya sistemi - 759 ədəd

Yaylım atəş sistemi (MLRS) - 241 ədəd

Hava hücumundan müdafiə sistemi - 99 ədəd

Təyyarə - 216 ədəd

Helikopter - 183 ədəd

PUA - 622 ədəd

Qanadlı raket kompleksi - 137 ədəd

Gəmi/kater - 14 ədəd

Nəqliyyat vasitəsi - 2553 ədəd

Xüsusi texnika - 60 ədəd.

Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri rusların 3 tank, 1 reaktiv yaylım atəş sistemi, 3 artilleriya sistemi, 2 PUA və 5 nəqliyyat vasitəsini sıradan çıxarıb.


Müəllif: Mənsur Rəğbətoğlu