24 İyun 23:44
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden dünən qatıldığı iclasda əlindəki kağızı səhvən qaldıranda başına nə gələcəyindən xəbərsiz idi.

Teleqraf.com xəbər verir ki. “Ruzvelt otağına girin və iştirakçıları salamlayın” qeydi ilə başlayan yazılı maddələri özündə cəmləşdirən kağız Baydenin məsləhətçilərinin ona ictimai yerlərdə, xüsusən də mühüm görüşlərdə nə etməli və etməməli olduğunu söylədiklərinin daha bir sübutu olub.

Dil sürüşmələri və unutqanlığı ilə gündəmdə olan Co Bayden üçün xüsusi hazırlanmış bu direktivdə ona öz kreslosunda oturması, çıxışlarını və şərhlərini qısa etməsi və 2 dəqiqə ilə məhdudlaşdırması deyilir.

Fotoqraf Baydenin energetika şirkətlərinin rəhbərləri ilə görüşündə məlum qeydlərin olduğu kağızı arxaya çevirdiyi anı çəkə bilib.

Kağızda “Jurnalistlərə qısa şərhlər verəcəksiniz (2 dəqiqə)” qeydi də diqqət çəkib.

Qeyddə “AFL-CIO prezidenti Liz Şulerə sual verirsiniz”, “İştirakçılara təşəkkür edirsiniz və gedirsiniz” sözləri də yazılıb.


Müəllif: Mənsur Rəğbətoğlu