25 İyun 2022 00:45
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən vəfat edən rusiyalı müğənni Yuri Şatunov ukraynalılara nifrət edirdi”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı jurnalist Anna Salata deyib.

Jurnalist Teleqram kanalında Şatunovun ukraynalılara nifrət etdiyini yazan bir konsert təşkilatçısının mesajını yayımlayıb.

Konsert təşkilatçısı mesajda qeyd edib ki, Şatunov həmişə ukraynalıların məclislərində iştirakdan imtina edib, onlardan gələn təklifləri qəbul etməyib.

Onun sözlərinə görə, rusiyalı müğənni Ukrayna xalqını “nasist” və “faşist” adlandırıb. O, həmçinin əlavə edib ki, Şatunov “Böyük Rusiya”ya hörmət etməyən insanların qarşısında çıxış etməyin qəti əleyhinə olub.

“Əlbəttə, uşaqların xatirələrini məhv etmək istəmirəm. Amma 2014-cü ildən bəri hər dəfə ona Avropada solo çıxış tələbi ilə zəng ediləndə müştərilərin Ukraynadan olduğunu öyrənəndə həmişə onları “faşist” və ya “nasist” adlandıraraq bundan imtina edib. O, Böyük Rusiyaya hörmət etməyən insanların qarşısında oxumaq fikrində deyildi. O Yuradır”, - təşkilatçı yazıb.

Anna Salata isə bildirib ki, Yuri Şatunov 2014-cü ildən Rusiya və Vladimir Putinin kriminal rejimini dəstəkləyib. Amma fevralın 24-də başlayan Ukraynadakı müharibə haqda bir kəlmə də danışmayıb.

Şatunovun ölüm xəbəri iyunun 23-də yayılıb. 48 yaşlı müğənninin infarktdan vəfat etdiyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu