24 İyun 19:40
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kraliçası II Elizabet həkimlərə meydan oxuyub. Həkimləri doqquz ay əvvəl ona ata minməməyi məsləhət görsələr də, 96 yaşlı kraliça Vindzorda yəhərə qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily mail” məlumat yayıb.

“Kraliça at minməkdən zövq alır. Səhhətində yaranan narahatlıqdan sonra yenidən yəhərə əyləşməsi gözəl əlamətdir. 96 yaşında belə davranış sadəcə gözəldir”, - saraydakı mənbə nəşrə deyib.

Son vaxtlar kraliça əsa ilə gəzir, hətta təmiz hava almaq üçün qolf arabasından istifadə edirdi.

İyunun 21-də Vindzor qəsrində Kenterberi arxiyepiskopu Castin Uelbi ilə görüş zamanı II Elizabet doqquz ayda ilk dəfə əsasız dayanıb.


Müəllif: Mənsur Rəğbətoğlu