25 İyun 2022 08:52
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə təhlükəsizlik qüvvələri Eren Abluka əməliyyatının 17-ci mərhələsi çərçivəsində Siirt əyalətində iki PKK terrorçusunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Pervari rayonunda zərərsizləşdirilən silahlılardan birinin daha əvvəl Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş "Arin" kod adlı xüsusi təhlükəli terrorçu Şükran Alp olduğu üzə çıxıb.

Bildirilir ki, Ş.Alp ərazilərin minalanması ilə məşğul olan bir qrup terrorçuya rəhbərlik edirdi. Onun saxlanılması üçün 500 min lirə mükafat təklif edilirdi.


Müəllif: Teleqraf.com