25 İyun 2022 09:27
3 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus ərazisindən Ukraynaya raket zərbələri təhlükəsi qalmaqdadır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Gecə saatlarında Rusiya aviasiyası Belarus ərazisindən Ukraynaya raket zərbəsi endirib. Kiyev, Çerniqov və Jitomir vilayətlərində partlayış səsləri eşidilib.

Məlumata görə, Rusiya qüvvələri Ukraynanın hərbi və mühüm mülki infrastruktur obyektlərinə raket zərbələri endirməkdə davam edir. Volın və Polissyada Belarus silahlı qüvvələrinin fəaliyyəti ilə bağlı vəziyyət ciddi şəkildə dəyişməyib. Bu ölkədən Ukraynaya raket təhlükəsi var.

Ruslar Severski istiqamətində Rusiya-Ukrayna sərhədini əhatə etmək üçün Bryansk və Kursk vilayətlərində 1-ci Tank və 20-ci Ümumqoşundan 3-ə qədər taktiki batalyon qrupları, həmçinin hava-desant bölmələri saxlayırlar.

Rus ordusu Ukraynanın Çerniqov vilayətindəki mövqelərini artilleriya atəşinə tutub. Bundan başqa, ruslar Bryansk vilayətinin sərhəd rayonlarında müdafiə mövqelərinin möhkəmləndirilməsini davam etdirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu