25 İyun 2022 14:50
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin gələn il keçiriləcək prezident seçkisi üçün qurduğu “Altılıq” koalisiyası ötən günlərdə dağılıb.

Teleqraf.com xxəbər verir ki, bunu Məmləkət partiyasının lideri Məhərrəm İncə deyib.

“Hökumətin qarşısında “Altılıq masası” var. İndi millətimizin vicdanına müraciət edirəm. Türkiyədə koalisiyaların orta müddəti 11 aydır. Ən uzun koalisiya 2 il 4 ay davam edib. Bu 6 hissədən ibarət masa, fikrimcə, ötən günlərdə dağılıb”, - İncə bildirib.

Müxalifətə qarşı tənqidlərinə davam edən siyasətçi qeyd edib:

“Liviyaya hərbi qüvvə göndərməkıə bağlı qanun layihəsində belə razılığa gələ bilmədikdən sonra ölkənin hansı problemində razılaşacaqlar? Liviya qanun layihəsinə niyə “yox” deyirsiniz? Türkiyənin Aralıq dənizində güclü olmasını istəmirsiniz? Aralıq dənizindəki qazdan pay almaq istəmirsiniz? “Mavi Vətən”i dəstəkləmirsiniz? Türkiyənin Antalya körfəzində ilişib qalmış quru dövlət olmasını istəyirsiniz? Bu müxalifətdən millətə ümid yoxdur. Liviya ilə bağlı qanun layihəsində razılaşa bilməyənlər hansı məsələdə anlaşacaqlar?”.

İncə müxalifətin 20 ildir ölkəyə ümid verə bilmədiyini söyləyib:

“Millətə ümid verə bilmirlər, amma bizə qarşı mübarizə aparmaq istəyirlər. Hamınız bir yerdə gəlsəniz, heç nə edə bilməzsiniz”.

Qeyd edək ki, “Altılıq” koalisiyasına CHP lideri Kamal Kılıçdaroğlu, İyi partiyanın sədri Maral Akşənər, Səadət partiyasının sədri Təməl Karamollaoğlu, Demokratik partiyanın rəhbəri Gültəkin Uysal, Deva partiyasının sədri Əli Babacan və Gələcək partiyasının sədri Əhməd Davudoğlu daxildir.

Koalisiya Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı mübarizəni “əsas prioritet”i elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu