26 İyun 2022 00:32
5 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ukraynalı yazıçı İrena Karpa ədəbi tədbirdə çıxışa dəvət olunduğunu bildirib. Amma məruzəçilər arasında Rusiyadan olan müəllif də olub. İrena bundan qəzəblənib və tədbirin təşkilatçılarına belə bir başlıqlı mesaj göndərib: “Ya o rus, ya da...”

Teleqraf.com xəbər verir ki, Karpa bu barədə özünün Feysbuk səhifəsində yazıb.

Təşkilatçılar dialoq tərəfdarı olduqlarını əsas gətirərək rusiyalı yazıçını tədbirdən diskvalifikasiya etməkdən boyun qaçırıblar.

İrena isə təşkilatçılara cavabında deyib ki, onların “yaxşı ruslar”ın olması fikrinə qatılmaqda maraqlı deyil.

“Dialoq təzminatın ödənilməsi, əsirlərimizin azad edilməsi, oğurlanan uşaqlar geri qaytarılması və hərbi cinayətkarlar üçün məhkəmənin qurulması ilə arzuolunandır. Məhz o zaman mədəniyyətlərarası dialoqdan danışa bilərik”, - yazıçı söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu