26 İyun 2022 00:49
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya hökuməti keçmiş prezident general Sani Abaça dövründə xaricə qaçaq yolla çıxarılan təxminən 322 milyon dolları xalqa paylayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nigeriya hökuməti məlumat yayıb.

Açıqlamada general Abaçanın dövründə qaçaq yolla Nigeriyadan çıxarılan pulların geri qaytarılmasından əvvəl maddi vəsaitlərin yatırıldığı banka 11 milyon dollar faiz yığıldığı deyilib.

Xaricdən geri qaytarılan 322 milyon dollar 1.9 milyon nigeriyalıya paylanılıb:

“Təhvil verilən Abaça qəniməti bitdi. Biz ictimaiyyəti məlumatlandırmaq və pulun nə üçün istifadə edildiyini bildirməkdən məsuluq”.

Pulun qalan hissəsinin tezliklə geri qaytarılacağı bildirilən açıqlamada bu vəsaitin ölkənin inkişaf layihəsinə sərf ediləcəyi deyilib.

1993-1998-ci illərdə hakimiyyətdə olmuş Abaçanın xaricə çıxardığı pulların böyük hissəsi Qərb banklarında saxlanılır.

Abaça beş illik fəaliyyəti dövründə xalqdan ən azı 2 milyard dollar oğurlamaqda ittiham olunur. 1993-cü il noyabrın 17-də hərbi çevrilişlə hakimiyyətə gələn Abaça ölkənin ən korrupsioner lideri kimi tanınır. Hakimiyyəti dövründə insan haqları pozuntularında ittiham olunan Abaça Afrikanın “ən acgöz diktator”u adlandırılır.

Abaça 1998-ci il iyunun 8-də prezident sarayında ürək tutmasından vəfat edib.


Müəllif: Mənsur Rəğbətoğlu