25 İyun 2022 23:07
2 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask ABŞ-da doğum nisbətinin aşağı düşməsi ilə əlaqədar xəbərdarlıq edib, belə davam edərsə, Amerikanın sonunun Yaponiya kimi olacağını söyləyib.

Teleqraf.com xəbər verir ki, Mask ABŞ-da doğum nisbətinin 50 ildir aşağı səviyyədə olduğunu bildirib.

Keçən il Yaponiya əhalisi doğum nisbətinin azalması və insanların sürətlə qocalması səbəbindən 600 mindən çox azalıb. Maskın fikrincə, Yaponiya potensial olaraq yox ola bilər.

Musk uzun müddətdir, bütün dünyada əhalinin sayının azalmasının qarşısını almaq üçün ailələrin daha çox uşaq sahibi olmasının lazım olduğunu deyir. O, bu barədə dəfələrlə ABŞ-a xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu