25 İyun 2022 20:52
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Afon dağında meşəlik ərazidə yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidməti məlumat yayıb.

Hadisə yerində 112 yanğınsöndürən, 35 avtomobil, altı təyyarə və iki helikopter işləyir.

Müqəddəs Afon dağına Konstantinopol Patriarxının nəzarəti altında olan 20 pravoslav monastırı daxildir. Bu, dünyanın ən böyük pravoslav monastizm mərkəzi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan, pravoslavlar üçün əsas müqəddəs yerlərdən biridir.


Müəllif: Teleqraf.com