25 İyun 2022 21:46
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın bir neçə ay ərzində Rusiya “İskəndər-M” taktiki raket komplekslərini Minskə təhvil verəcək.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.

“Razılaşdığımız kimi, yaxın bir neçə ay ərzində “İskəndər-M” taktiki raket sistemlərini Belarusa təhvil verəcəyik. Bildiyiniz kimi, raketlərdən həm ballistik, həm də qanadlı, eləcə də ənənəvi və nüvə versiyalarında istifadə oluna bilər”, - Putin qeyd edib.


Müəllif: Teleqraf.com