26 İyun 2022 14:51
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında terror təşkilatı YPG-nin (PKK-nın Suriya qanadı) 5 döyüşçünü zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, silahlılar “Sülh bulağı” və “Zeytun budağı” antiterror əməliyyatları zonalarında terror aktları hazırlayırdı.

Silahlılar Türkiyə Silahlı Qüvvələrinin artilleriya zərbələri ilə məhv edilib.


Müəllif: Teleqraf.com