26 İyun 2022 16:07
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin sammiti öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda anti-Rusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.

Görüş antiqlobalistlərin və G7 əleyhdarlarının nümayişləri fonunda keçirilir. Ümumilikdə, sammit günlərində şəhərin ətrafında azı 17 nümayişin keçirilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com