26 İyun 2022 18:26
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yerli vaxtla 17:37 radələrində İranın cənub-şərqində yerləşən Kirman vilayətin Ravər rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

10 km dərinlikdə baş verən yeraltı təkanlar əhalinin təşvişə düşməsi ilə nəticələnib.

Zəlzələ nəticəsində ehtimal olunan dağıntı və insan itkisi haqda məlumat verilməyib.

Qeyd edək ki, ötən gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 5,6 bal gücündə zəlzələ baş verməsi nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com