27 İyun 2022 00:23
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madriddə Türkiyə, NATO, İsveç və Finlandiya arasında dördtərəfli zirvə görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O, Türkiyənin İsveç və Finlandiyanın terror təşkilatlarına dəstək verdikləri üçün NATO-ya üzvlük müraciətinə "yox" dediyini xatırladıb, Türkiyənin şərtlərini yerinə yetirməyənə qədər "yox" deyiləcəyini vurğulayıb.

Kalın NATO Liderlər Zirvəsindən öncə Madriddə Türkiyə, NATO-nun baş katibi Yens Stoltenberq ilə İsveç və Finlandiya nümayəndələrinin bir araya gələcəyini açıqlayıb.


Müəllif: Teleqraf.com