27 İyun 2022 01:04
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Belarus xalqına növbəti dəfə müraciət edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı axşam video-müraciətində Aleksandr Lukaşenkonun belarusları müharibəyə sürüklədiyini bildirib.

“Mən Belarus vətəndaşlarına müraciət etmək istəyirəm. İnsanlara - həm mülki şəxslərə, həm də vəzifəlilərə... Sizi müharibəyə sürükləyirlər. Və bu fevral və yaz aylarında olduğundan daha fəal formadadır. Kreml artıq sizin üçün hər şeyi qərara alıb - sizin həyatınız onlar üçün heç bir əhəmiyyəti yoxdur”, - prezident vurğulayıb.

"Ancaq sən qul deyilsən və ölməməlisən. Və başqasının sənin üçün nə olacağına qərar verməsinə icazə verə bilməzsən",- deyə Zelinski əlavə edib.


Müəllif: Teleqraf.com