27 İyun 2022 01:43
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyada keçirilən öküz döyüşü zamanı stadionun tribunalarından biri uçub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə El-Espinal şəhərində baş verən hadisə zamanı 4 nəfər ölüb, 500 nəfər xəsarət alıb.

Tribuna azarkeşlərin ağırlığına tab gətirə bilməyib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.


Müəllif: Teleqraf.com