27 İyun 2022 09:06
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 4,2 milyonu keçib ki, bu da əvvəlki həftə ilə müqayisədə 800 min yoluxma halı daha çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS"ın statistikasında deyilir.

Məlumata görə, koronavirusdan ölüm hallarının sayı bu ay ilk dəfə artıb. Son 7 gün ərzində koronavirusdan 9,7 min nəfər ölüb ki, bu da öncəki həftə ilə müqayisədə min ölüm halı daha çoxdur.

Qeyd edilir ki, ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb.


Müəllif: Teleqraf.com