27 İyun 2022 12:30
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq edir.

Teleqraf.com xəbər verir ki, məhdudiyyətlərə Rusiyadan qızıl idxalına qadağa daxildir.

Yaponiyanın Baş naziri Fumio Kişida bildirib ki, yeni sanksiyalara Rusiya qızılının idxalına qadağa, habelə Rusiyaya mühasibat uçotu və bir sıra digər xidmətlər daxildir.

O qeyd edib ki, Rusiyadan olan daha 70 fiziki şəxs və təşkilatın aktivlərini donduracaq. Bundan başqa, Yaponiya parlamenti müdafiə sektoru ilə məşğul olan 90 təşkilata mal satışını qadağan edib.


Müəllif: Nemət