27 İyun 2022 09:28
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda 4,1 maqnitudalı zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:49-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonundan 25 kilometr cənub-qərbdə, Sameba kəndi yaxınlığında olub.


Müəllif: Teleqraf.com